Paytaxtın 2 rayonunda bıçaqlanma hadisələri qeydə alınıb. Bu haqda Report məlumat yayıb.
Nəsimi rayonunda 39 yaşlı İxtiyar Hüseynov mübahisə zamanı bıçaqlanıb.
Digər oxşar hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verib. 20 yaşlı Elnur İbadov bıçaq xəsarətləri alıb.
Hər 2 yaralı xəstəxanaya yerləşdirilib. Hadisələrin təfərrüatları araşdırılır.