Paytaxtın 2 rayonunda elektrik avadanlıqları oğurlayan şəxs tutulub. Bu haqda bu gün, 7 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Əvvəllər məhkum olunmuş Dəyanət Kərimli Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi və Xətai rayonunda ümumi dəyəri 25.000 AZN olan transformator və digər elektrik avadanlıqlarını oğurlamaqda şübhəli bilinir.
Onun barəsində araşdırmalar davam edir.
[caption id="attachment_89782" align="alignnone" width="640"]
Foto Daxil İşlər Nazirliyi[/caption]