Bu gün, 5 yanvar səhər saatlarında Bakı-Ələt yolunda müxtəlif yerlərdə iki ağır yol qəzaları baş verib. Hadisələr nəticəsində 8 nəfər yaralanıb. Onlar Kliniki Tibbi Mərkəzinə çatdırılıblar. Bu haqda Kliniki Tibbi Mərkəzin mətbuat xidməti məlumat verib.
İlk qəzada xəsarət alan 5 nəfər Mərkəzə çatdırılıb. Yaralılardan birinin vəziyyəti ağır olduğundan o, reanimasiyaya yerləşdirilib, birinin müalicəsi davam etdirilir, qalanları isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
İkinci qəza nəticəsində 3 nəfər Mərkəzə yerləşdirilib. Yaralılardan ikisi Türkiyə vətəndaşıdır. Hər üç yaralıya ilkin tibbi yardım göstərilib, onların vəziyyəti kafi kimi qiymətləndirilir.