Martın 14-də “Tullantıları tinglərə dəyiş” aksiyası Qaradağ rayonunda keçiriləcək. Bu haqda bu gün, 11 mart tarixində Bakuplus.az xəbər verir.
Keçiriləcək ənənəvi ekoloji aksiyanın şərtləri aşağıdakı kimidir:
– Şüşə və ya plastik butulka, eləcə də banka və ya işlənmiş batareya qəbul olunur;
– 10 işlənmiş batareyaya görə 1 ting veriləcək;
– Ümumi tutumu 5 litr olan şüşə banka və butulkalara görə 1 ting veriləcək;
– Ümumi tutumu 35 litr olan müxtəlif plastik butulkalara görə 1 ting veriləcək;
– Şüşə butulka, bankaların içərisində qida qalıqları olduğu halda qəbul olunmayacaq.
Tədbir Sahil qəsəbəsində yerləşən “Araz” supermarketinin qarşısında saat 12:00-da keçiriləcək. Ünvan: Məhərrəm Seyidov küçəsi, ev 15.