Bakının Qaradağ rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 21 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Səngəçal qəsəbəsində iki avtomobil toqquşub. Nəticədə sərnişinlər – 64 yaşlı Xuraman Hüseynova və 28 yaşlı Süymur Heydərov xəsarət alıblar.
Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.