Sabunçu rayonunda yük maşını piyadanı vurub. Bu haqda bu gün, 20 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bu gün, gecə saat 2:00 radələrində "HOWO ST-3250C" markalı yük avtomobili Şəhər şosesi ilə Zabrat qəsəbəsi istiqamətindən mərkəzə doğru gedən zaman avtomobil yolunda dayanmış naməlum şəxsi vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı cinayət işi açılıb.