Bakıda oğurluq hadisəsi törədən şəxs tutulub. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinə istinadən bu gün, 28 mart tarixində xəbər verir.
Fevralın 9-da paytaxtın Səbail rayonunda mənzillərin birindən 1300 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Şəki rayon sakini M.İbrahimov polis tərəfindən saxlanılıb.
İstintaq tədbirləri davam edir.