Bakının mərkəzində pravoslav xristianlar genişmiqyaslı tədbir keçirəcəklər. Bu haqda bu gün, 22 iyun tarixində Bakuplus.az Caliber.az-a istinadən xəbər verir.
Azərbaycanın pravoslav icması İçəriçəhərdə yerləşən XIX əsrə aid olan və 1936-cı ildə dağıdılan ibadətgahın qalıqları ətrafına yığışacaqlar. İbadətgah Varfolomey apostolunun adını daşıyırdı.
Tədbir 24 iyun saat 07:00-da İçərişəhər, Qız Qalasının yanında başlayacaq.
Sözügedən tədbir hər il eyni vaxtda keçirilir və müqəddəs Varfolomeyin xatirəsinə həsr olunur.