Paytaxtın Suraxanı rayonunda musiqili konsert baş tutacaq. Bu haqda bu gün, 6 may tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə rayonun Əmircan qəsəbəsində yerləşən “Atəşgah məbədi” dövlət tarix-memarlıq qoruğunda konsert keçiriləcək.
Tədbirdə Gülyaz və Gülyanaq Məmmədovalar, Namiq Qaraçuxurlu, Niyam Salami, Teyyum Aslan və digər populyar müğənnilər çıxış edəcəklər.
Konsert 10 may saat 18:00-da başlayacaq. Giriş sərbəstdir.