top
10 manata “gələcəyi” görənlər, asan yolla varlanmaq istəyənlər: Biz niyə aldanırıq? – VİDEO
25 noyabr 2024, 22:35
- ↺ +

10 manata “gələcəyi” görənlər, asan yolla varlanmaq istəyənlər: Biz niyə aldanırıq? – VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sosial şəbəkələrdə son zamanlar onlayn şəkildə fala baxanların sayı artıb. Onlayn şəkildə fala baxma xidmətlərinin artması ilə yanaşı, bəzi insanlar bu platformaları dələduzluq məqsədləri üçün istifadə edirlər. Bu cür hallar çox vaxt “onlayn falçılıq” adı altında baş verir. Hətta 10 manata fala baxılır. İnsanlar bu xidmətlərdən faydalanmaq istəyəndə, çox zaman şəxsi həyatlarına dair həssas məlumatları paylaşırlar, bu da dələduzlar üçün fürsət yaradır.

Bəs görəsən, “onlayn falçı”ların qarşısını almaq üçün tədbirlər keçirilirmi? Şəriət buna nə deyir?

Mövzu ilə bağlı İnsanoid.com-a Qafqaz Müsəlmanları İdarəsi Qazilər şurasının üzvü hacı Surxay Məmmədli açıqlama verib.

O bildirib ki, falçılıq müqəddəs Qurani-Kərimin birbaşa məzəmmət etdiyi işlərdəndir:

“Falçılığa müraciət bütün dövrlərdə və cəmiyyətlərdə zaman-zaman olub. Bunlar birbaşa şeytanın vəs-vəsəsiylə əlaqədardır. İnsan məchul olan gələcəyə hər zaman maraq göstərib.  Allah-Taalanın verdiyi, dəyişkən olan qəzavü-qədəri savab olan əməllərlə dəyişməkdənsə, şeytanın təkidi ilə qadağan və məzəmmət olunmuş işlərlə yoldan çıxır. Müsəlman cəmiyyətləri fal və sehr kimi mövzularda əcnəbi mədəniyyətlərin, inancların təsirə altına düşmüş, bu hallar get-gedə artıb.

Şübhəsiz ki, burada insanın gizli olana, bilinməyənə qarşı hiss etdiyi marağın, gələcəkdə özü və ətrafı haqqında bilinməyənləri bilmək istəyinin böyük rolu vardır. Bu işlər haram buyurulmuş işlərdir. Düşünülməmiş kor-koranə atılan addımlardır. İşlərin yolunda getməsi və yaxud həyatda nailiyyətlər qazanılmasının ən gözəl yolu duadır. İnsan yalnız və yalnız Allah-Taalaya bəndəliyini göstərərək öz duası ilə kamala çatar və bununla istədiklərinə nail ola bilər.”

DİN-in Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev məsələ ilə bağlı bildirib ki, internet resursları, eləcə də informasiya telekommunikasiya şəbəkələrindən istifadə etməklə qanunsuz olaraq qumar və mərc oyunları təşkil edən şəxslərlə bağlı polisə daxil olan hər bir müraciət araşdırılır:

“Daxil olmuş məlumatlar əsasında polis əməkdaşları tərəfindən həmin şəxslərin qanunsuz hərəkətlərinin qarşısının alınması istiqamətində əməliyyat-texniki tədbirlər görülür.

Elə bunun sübutu kimi bir müddət əvvəl  Nazirliyin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin sosial şəbəkələrin Azərbaycan seqmentində onlayn qumar oyunları təşkil edən dəstənin üzvlərinə qarşı həyata keçirdiyi genişmiqyaslı əməliyyatı qeyd etmək olar. Həmin tədbir zamanı sosial şəbəkələrdə kazino, qumar və mərc oyunları təşkil edən dəstənin başçıları da daxil olmaqla bu qanunsuz əməlləri təşkil və təbliğ edən 30 nəfərə yaxın şəxs saxlanılıb. Qeyd edilən əməliyyat barədə ictimaiyyətə geniş məlumat təqdim edilib.

Bir daha vətəndaşlara qanunsuz mərc, loto və digər qumar oyunları adı altında sosial şəbəkələrdə təşkil edilən oyunlarda iştirak etməməyi tövsiyə edirik”.

Həmin görüntüləri təqdim edirik:


 











View this post on Instagram























 

A post shared by Xəbər Portalı (@bakuplusaz)


Son xəbərlər

Xəbər
Bu gün, 00:18

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Xəbər
Bu gün, 00:01

9 noyabr 2020-ci il: Vətən Müharibəsinin 44-cü günü

Xəbər
Dünən, 21:49

9 - 15 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
Dünən, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Dünən, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
07 noyabr 2026, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
07 noyabr 2026, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
07 noyabr 2026, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
07 noyabr 2026, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
07 noyabr 2026, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
07 noyabr 2026, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
07 noyabr 2026, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
07 noyabr 2026, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Oxşar xəbərlər