Bağçalarda monitorinqlər aparılacaq. Bu haqda bu gün, 9 iyul tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Ötən il 50 bağçada əsaslı monitorinq keçirilib. Bu il isə 100 məktəbəqədər təhsil müəssisəsində keçiriləcək.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasovdan verilən məlumata görə, bağçaların müdirlərinə seminarlar keçirilib və hazırda qiymətləndirmə ilə bağlı hesabatlar toplanılır.