102 yaşlı vətəndaş da səsvermə hüququndan istifadə edib. Bu haqda bu gün, 7 fevral tarixində Bakupuls.az Səhiyyə Nazirliyinə istinadən xəbər verir.
II Dünya müharibəsi veteranı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, 102 yaşlı Fatma Səttarova da seçkilərdə iştirak edib.
O, müalicə aldığı Səhiyyə Nazirliyinin Bakı Sağlamlıq Mərkəzində yaradılan seçki məntəqəsində səs verib.
[caption id="attachment_128920" align="alignnone" width="640"]
Foto açıq mənbədən[/caption]