“Azneft” dairəsindən keçən avtobusların marşrut xətləri dəyişdirilir. Bu haqda bu gün, 7 aprel tarixində Bakuplus.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Belə ki, 5, 6, 18, 88, 125, 127, 205, 10, 53, 65 və E1 nömrəli marşrut xətləri ilə hərəkət edən avtobuslar müvəqqəti olaraq alternativ yollardan keçəcəklər.
Daha öncə “Azneft” dairəsinin 2 günlük bağlanacağı ilə bağlı məlumat verilmişdir.