Aprelin 10-dan etibarən 123 nömrəli marşrut avtobuslarında gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək. Bu haqda bu gün, 8 aprel tarixində Bakı Nəqliyyat Agentliyinin Mətbuat Xidməti məlumat verib.
Həmin marşrut “Azadlıq Prospekti” metro stansiyası (S.S.Axundov küçəsi) ilə Novxanı qəsəbəsini əlaqələndirir.