Bakıda “BakuBus”ın 125 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik edilib. Bu haqda bu gün, 3 avqust tarixndə Bakuplus.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən məlumat verir.
Dəyişiklik Nəsimi rayonu, Neftçilər prospektində aparılan təmir işləri ilə əlaqədardır. Həmin ərazidə avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub. Təmir işləri başa çatana qədər göstərilən xətt üzrə avtobuslar alternativ küçə ilə hərəkət edəcək.
Məhdudiyyət götürüldükdən sonra marşrut avtobusları əvvəlki sxem üzrə fəaliyyət göstərəcək.