Xarici ölkələrin təşkilatları COP29-un fəaliyyətini alqışlayıb. Bu haqda bu gün, 30 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Niderland, İtaliya, Macarıstan, Avstraliya, Pakistan, Nigeriya, Əlcəzair, Kamerun, Meksika, Hindistandan olan QHT-lər və ictimai fəallar Azərbaycan Milli QHT Forumuna məktub ünvanlayaraq, COP29-a ev sahibliyi edən Azərbaycana güclü dəstək ifadə ediblər.
“Bu tədbir böyük gözləntilər daşıyır. COP29-a ev sahibliyi edən Azərbaycanın bütün səslərin eşidildiyi, perspektivlərin nəzərdən keçirildiyi və inklüziv nəticələrin təmin edilməsi üçün birgə səylərin səfərbər olunduğu inklüziv mühitin yaradılmasına sadiqlik nümayiş etdirir. İnklüziv və birgə iqlim fəaliyyətinin tərəfdarları kimi biz QHT-lərin COP29-da iştirakının vacib əhəmiyyətinə qəti şəkildə inanırıq”, – deyə bəyanatda qeyd olunub.
Bəyanata 30 nəfər imza atıb.