Bakının mərkəzində aparılacaq təmir işləri ilə əlaqədar sərnişin avtobusunun hərəkət sxemi dəyişir. Bu haqda bu gün, 20 aprel tarixində Bakuplus.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
149 nömrəli marşrut xəttinin hərəkət sxemi müvəqqəti dəyişdirilir. Alternativ marşrut aşağıdakı kimi olacaq: Bakı Dairəvi Avtomobil yolu – H.Cavid prospekti – Landau küçəsi (Hüseyn Cavid parkı) – “Elmlər Akademiyası” metro stansiyası – Mətbuat prospekti.
Daha öncə “Formula 1” Azərbaycan Qran-prisi yarışı ilə əlaqədar paytaxtdakı 2 küçənin bağlanması ilə bağlı məlumat verilmişdir.