Bakıda quldurluq edən iki nəfərə hökm oxunub. Bu haqda bu gün, 16 dekabr tarixində Report məlumat yayıb.
36 yaşlı Vasif Əliyev və 51 yaşlı İlham Həsənov barəsində həbs qərarı verilib. Onlar müvafiq olaraq 9 və 10 il müddətinə azadlıqdan məhrum ediliblər.
Təqsirləndirilən şəxslər Xətai rayonu, M.Hadi küçəsində zərərçəkmiş 15 yaşlı yeniyetməni bıçaqla hədələyərək mobil telefonunu götürüblər.
Təqsirkarlar törətdikləri əməli etiraf ediblər. Oğurlanan mobil telefon tapılıb.