Şağan Olimpiya İdman Kompleksində gənc cüdoçu Turan Rüstəmovu qətlə yetirməkdə təqsirləndirilən Ruslan Səfixanova hökm oxunub. Bu haqda bu gün, 13 iyun tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Məhkəmə iclası hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilib. Prokuror Səfixanovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Hökmə əsasən, o, 19 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə ötən il noyabrın 26-da paytaxtın Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən idman arenasında baş verib. 16 yaşlı Yevlax rayon sakini Turan Rüstəmovu öldürməkdə şübhəli bilinən 20 yaşlı Sumqayıt şəhər sakini Ruslan Səfixanov saxlanılıb. Ruslan Turanı şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək öldürüb.