Məleykə Abbaszadə Ali Təhsil müəssisələrinə qəbulla bağlı danışıb.
Report xəbər verir ki, 1-ci mərhələdən sonra I ixtisas qrupu üzrə 1304, II ixtisas qrupu üzrə 246, III ixtisas qrupu üzrə 400, IV ixtisas qrupu üzrə 463, V ixtisas qrupu üzrə isə 348 plan yeri boş qalıb.
Plan yerlərinin 100% dolduğu universitetlər:
- Azərbaycan Tibb Universiteti;
- Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası;
- ADA Universiteti, Azərbaycan Dövlət Dəniz Akademiyası;
- Bakı Ali Neft Məktəbi, Dövlət Gömrük Komitəsinin Akademiyası;
- Azərbaycan İlahiyyat İnstitutu;
- Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası.
Bundan əlavə, Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib ki, 17.000-dən çox məzun ali təhsil müəssisələrinə ərizə verməyib.