Bakının mərkəzində yolların bağlanması ilə əlaqədar bir sıra avtobusların marşrut sxemi dəyişdirilib. Bu haqda bu gün, 11 mart tarixində Bakuplus.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Neftçilər prospektində, eləcə də Akademik Zərifə Əliyeva küçəsində aparılacaq təmir işləri ilə əlaqədar 1, 2, 4, 5, 10, 18, 21, 30, 32, 46, 49, 88, 125, 127, 175, H1, M3 nömrəli marşrut xətləri ilə hərəkət edən sərnişin avtobusları müvəqqəti alternativ yollarla hərəkət edəcək.
Daha öncə, 12-14 mart tarixləri arası paytaxtın mərkəzində hərəkətə məhdudiyyət qoyulacağı barədə məlumat verilmişdir.