Bu gündən etibarən Bilgəh qəsəbəsi - “Koroğlu” NMM marşrutu ilə hərəkət edən 172 nömrəli müntəzəm marşrut xətti üzrə iritutumlu avtobuslar fəaliyyətə başlayıb. Bu haqda bu gün, 15 iyun tarixində Bakuplus.az Bakı Nəqliyyat Agentliyinə istinadən məlumat verir.
Nəqliyyat vasitələrinin uzunluğu 12 metrdir. Avtobusda gediş haqqı Bakıkart vasitəsilə ödənilir.