Ölümlə nəticələnən yol qəzasının səbəbkarına hökm oxunub. Bu haqda bu gün, 10 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Xalid Quliyev 5 il 11 ay müddətinə azadlıqdan məhrum edilib.
Cari ilin 24 avqust tarixində paytaxtın Suraxanı rayonu, Zığ şosesində X.Quliyevin idarə etdiyi nəqliyyat vasitəsi qəzaya düşüb. Nəticədə Müşfiq Mustafayev və onun həyat yoldaşı Anargül Mustafayeva dünyalarını dəyişiblər.