Bakıda itkin düşdükdən sonra tapılan kursant akademiyadan xaric olunub. Bu haqda APA 19 fevral tarixində xəbər verib.
Akademiyanın hərbi şurasının iclası zamanı verilən qərara əsasən, İtkin düşdükdən üç gün sonra hərbi polis tərəfindən tapılan Heydər Əliyev adına Hərbi Akademiyanın kursantı Vüsal Hüseynli əsaslı səbəb olmadan təyin olunan vaxtda hərbi təhsil müəssisəsinə qayıtmadığına görə məktəbdən qovulacaq.
22 yaşlı kursant fevralın 13-ü akademiyaya getmək üçün yaşadığı Sumqayıt şəhərindən Bakıya yola düşmüşdür. Bundan sonra ondan xəbər olmamışdır.
Vüsal Hüseynli üç gün sonra hərbi polis tərəfindən tapılmışdır.