“28 Mall” ticərət mərkəzində "Gecə-gündüz" kampaniyası çərçivəsində endirim aksiyaları davam edir. Kampaniya oktyabrın 5-nə kimi keçərlidir. Bu haqda bu gün, 4 oktyabr tarixində Bakuplus.az məlumat verir.
Kampaniya zamanı ticarət mərkəzi saat 00:00-dək fəaliyyət göstərir. Endirimlər və kampaniyalar seçilmiş brendlərdə və yalnız “28 Mall”da yerləşən filiallarında keçərlidir.
Aksiyaya 40-a yaxın mağaza və restoran qatılıb. Həmçinin kampaniya zamanı “Cinema Plus” kinoteatrında bütün seanslara biletlərin qiyməti 5 manat təşkil edir.