top
28 May stansiyası yaxınlığında qazıntı işlərinə başlanacaq
07 aprel 2025, 00:30
- ↺ +

"28 May" stansiyası yaxınlığında qazıntı işlərinə başlanacaq

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi tapşırığa uyğun olaraq, 2030-cu ilə qədər Bakıda 10 yeni metro stansiyası tikilməlidir.

Bakuplus.az xəbər verir ki, bu stansiyalar Bakı şəhərində nəqliyyat infrastrukturunun inkişafına, eləcə də şəhərdə tıxac probleminin, avtobus nəqliyyatını metro ilə uzlaşdırmaq kimi mühüm məsələlərin həllinə xidmət göstərəcək.

Prezident İlham Əliyev, həmçinin yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə qeyd edib ki, son 30 il ərzində Azərbaycan əhalisinin sayı 10 milyonu keçib. Vaxtilə yaradılmış şəhər yol infrastrukturu, o cümlədən metro imkanları bu artıma uyğun deyil.

Yanvarın 30-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı" təsdiq edilib. Qəbul edilmiş Dövlət Proqramında yeni 10 stansiyanın, "İçərişəhər" stansiyasında keçid kamerasının inşası, Qırmızı və Yaşıl xətlərin ayrılması, 2 elektrik deposunun tikintisinin tamamlanması, enerji sisteminin etibarlığının artırılması və s. mühüm məsələlər nəzərdə tutulur. Plana uyğun olaraq, Bənövşəyi xətdə 6, Yaşıl xətdə isə 4 stansiya inşa ediləcək.

Bakı metropoliteninin genişləndirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər çərçivəsində xətlərin ayrılması mühüm vəzifələrdən biridir. Bu mürəkkəb layihənin icrası geniş spektrli və irihəcmli məsələlərin həllini özündə birləşdirir.

Nəticədə, metropolitenin inkişafı mövcud infrastruktur problemlərinin mərhələli şəkildə aradan qaldırılması və sərnişinlərə xidmət keyfiyyətinin artırılmasına əhəmiyyətli dərəcədə təsir göstərəcək. Həmçinin paytaxtda mobillik planının həyata keçirilməsini sürətləndirəcək və metropolitenin ictimai sərnişindaşıma nəqliyyatısistemindəki rolunu daha da artıracaq. 

İşlərə nə vaxt başlanılacaq və hansı işlər görüləcək?

"28 May" stansiyasında kəsişərək birləşən Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsinin icrasına cari ildə başlanacaq. Bu xətlərin müstəqil olması hər birinin öz infrastrukturu çərçivəsində fəaliyyətinin, idarəetmə prinsiplərinin, sərnişindaşıma xidmətinin və texniki quruculuğunun daha səmərəli və keyfiyyətli təşkilinə imkan yaradacaq.

200 m tunel

Tədbirlərə "28 May" stansiyası yaxınlığında qazıntı işləri ilə başlanacaq. Ərazinin ağır geoloji quruluşa malik olması səbəbindən ən optimal qazma üsulu ilə inşaatın texniki təhlükəsizliyi təmin ediləcək. Bu işlər "Cəfər Cabbarlı-Nizami" mənzilini birləşdirəcək 200 metrə yaxın tunelin inşası ilə tamamlanacaq. Həmin müddət ərzində geoloji təsirlər nəticəsində "Nizami" stansiyası istiqamətində tunel geyimində meydana gəlmiş və yol mənzilində qatarların sürət həddinin aşağı salınmasına səbəb olan texniki çatışmazlıqlar da aradan qaldırılacaq.

İki stansiya arasında keçid

Layihə çərçivəsində "28 May" stansiyasından "Cəfər Cabbarlı" stansiyasına daha bir keçid tikiləcək. Bu isə sərnişin axını gur olan "28 May" stansiyasından "Cəfər Cabbarlı" stansiyasına və əksinə sərnişin axınının parçalanmasına və hərəkətin daha intensiv tənzimlənməsinə, təhlükəsizliyin daha da artırılmasına əsaslı şəkildə təsir göstərəcək. Qeyd edək ki, layihənin icrası, sadəcə, tunelin və keçidin tikintisi ilə məhdudlaşmır.

"Dərnəgül" elektrik deposu

Mürəkkəb və kompleks tədbirlərin tərkib hissəsinə xətlərin fəaliyyətini və idarəetməsini təmin edən əsas infrastruktur layihələrinin həlli də daxildir. Dünya praktikasında olduğu kimi, qatarlara qulluq, xidmət, təmir, tunel, yol hərəkəti və digər mühüm sahələrin işinin təşkili, texniki məsələlərin həlli baxımından hər xəttin özünün deposu olmalıdır. Hazırda Bakı metropoliteninin 3 xəttinin 2 elektrik deposu fəaliyyət göstərir. Bənövşəyi xəttə xidmət göstərən "Xocəsən" elektrik deposunun inşası birinci mərhələdə başa çatdırılıb. Qarşıdakı müddətdə xəttin yeni stansiyaları istifadəyə verilərkən, qatarlara xidmət və təmir, eləcə də baxış-qulluq sahələri yaradılmalı və infrastrukturun tam fəaliyyəti təmin edilməlidir.

Qırmızı və Yaşıl xətlərə yalnız bir - "Nərimanov" elektrik deposu xidmət göstərir. Depo bir xətt üçün nəzərdə tutulduğundan iki xəttin əsas tələbatını ödəmir. Bu və digər səbəblər nəzərə alınaraq, Yaşıl xəttin "Dərnəgül" elektrik deposunun inşası bərpa edilir. Bu depoda müxtəlif sahələrin əsas idarəetməsini özündə birləşdirən inzibati bina ilə yanaşı, texniki infrastrukturun fəaliyyətini təmin edən xidməti sahələr də yaradılacaq. Qatarların gecələməsi, təmir xidməti, qulluğun göstərilməsi, gecə işlərini yerinə yetirmək üçün təsərrüfat qatarları, yükləmə-boşaltma və digər funksiyalar üçün zəruri infrastruktur qurulacaq.

Elektrik yarımstansiyaları

Silsilə tədbirlər sırasında enerji təhlükəsizliyi mühüm yer tutur. Xətlərin elektrik təchizatının müasir standartlar səviyyəsində qurulması, xüsusilə qatarların hərəkətini təmin edən dartı hissəsinin hər bir xətt üzrə təmin edilməsi məqsədilə "Nizami" və "Cəfər Cabbarlı" stansiyaları yaxınlığında iki yeni yarımstansiya inşa ediləcək. Bu işlərin görülməsi hər bir xəttin təhlükəsiz enerji təminatına zəmin yaradacaq. Xətlər ayrıldıqdan sonra Qırmızı xətt üzrə ən minimal intervallar təmin olunacaq, həm də qatarların sayının artırılması lazım gələcək. Hərəkətin intensivliyi enerji tələbatını da artıracaq. Qatarların yenilənməsi prosesi innovasiyalar baxımından sonuncu nəsil vaqonları ilə aparılır. Yeni nəsil qatarların elektrik güc tələbatı isə əvvəlki nəsil analoqlarından 1,5 dəfədən çoxdur. Qeyd edilənlər elektrik enerjisinin fasiləsizliyini, etibarlığını və elektrik təchizatı məsələlərinə  yeni yanaşmanı aktuallaşdırır. Buna görə də Qırmızı xəttin 1967-ci ildən fəaliyyət göstərən 1 saylı dartı elektrik yarımstansiyasının tamamilə yenidən qurulması da zəruri və qaçılmazdır.

İntervalların ən minimal həddə salınması

Xətlər ayrıldıqdan sonra hər birinin effektiv fəaliyyəti, sərnişinə nümunəvi xidmətin təşkili, daha çox sərnişindaşıma qabiliyyəti və mövcud sıxlığın tənzimlənməsi optimal hərəkət qrafikinin təşkili və minimal intervalların tətbiqindən asılıdır. Hərəkətin təşkili prinsiplərinə uyğun olaraq, sonuncu stansiyalarda dalan infrastrukturu və ya dönmə kamerasının olması xüsusi əhəmiyyət kəsb edir. Bu səbəbdən Qırmızı xətdə hərəkətin mümkün ən minimal interval hədlərinə çatdırılması üçün "İçərişəhər" stansiyasının arxasından qatarların geri qaytarılması məqsədilə dönmə kamerasının inşası planlaşdırılıb və müvafiq işlərin aparılması üçün ilkin tədbirlər görülür. Yaşıl xətdə də funksional fəaliyyət üçün "Xətai" stansiyasından sonra xəttin inşasının davam etdirilməsi vacibdir və nəzərdə tutulmuş 10 stansiyadan 4-ü məhz bu istiqamətdə tikiləcək. Xətlərin ayrılması layihəsi üçün mühüm olan infrastrukturun şərti adı "Y-15" olan stansiyadır. Bu səbəbdən konseptual inkişaf sxemində nəzərdə tutulmuş inşaat işləri müvafiq dalan infrastrukturu ilə təmin edilməsi nəzərdə tutulan "Y-15" stansiyasından başlanaraq, "Xətai" stansiyası istiqamətində aparılacaq. Bu inşaat sahəsində 8 Noyabr prospektində Nizami Gəncəvi parkının yaxınlığında yerləşən şərti adı "Y-14" olan stansiyanın inşası da tamamlanmalıdır.

Yekun nəticədə sərnişin nə qazanacaq?

Qeyd olunan işlərin mərhələli şəkildə tamamlanması paytaxtda nəqliyyat infrastrukturunun inkişafı, tıxacların azaldılması, ictimai sərnişindaşıma sektorunun səmərəli, effektiv fəaliyyəti, fərdi avtomobillərdən imtinaya gətirib çıxaracaq. Şəhər mərkəzində ictimai nəqliyyatın üstünlüyü, eyni zamanda, mikromobilliyin daha sürətli inkişafına xüsusi təkan verəcək. Mobillik proqramının uğurla tamamlanması və onun ən qənaətbəxş modelinin qurulması həm də şəhərətrafı yaşayış və sənaye sahələrinin, eləcə də böyüyən şəhər və qəsəbələrə doğru nəqliyyat infrastrukturunun optimallaşması istiqamətində ən mühüm addımlardan biridir.

Yaşıl və Qırmızı xətlərin müstəqil infrastrukturu qurulmaqla, hər birinin optimal hərəkət qrafiki olacaq və bu xətlərdə daha dayanıqlı, daha təhlükəsiz hərəkət təmin ediləcək. İntervallar mümkün ən minimum həddə çatdırılacaq.

Bakı metropolitenində sərnişinlərin təhlükəsiz hərəkəti, rahatlığı və məmnunluğu əsas hədəfdir.

Yeniləşmə tədbirləri sayəsində daha çox sərnişin daşınması və sərnişin axınının optimallaşdırılması üçün  geniş imkanlar yaranacaq. Görüləcək işlər, Yaşıl və Qırmızı xətlər üzrə, "28 May-Cəfər Cabbarlı" keçid qovşağında sərnişinlərin paylanmasına, bölünməsinə təsir edəcək və "28 May" stansiyasının sərnişin yükü normaya salınacaq.

Qeyd edilən layihələrin Prezident İlham Əliyevin tapşırığına əsasən, paytaxtın yerüstü ictimai nəqliyyat və mübadilə mərkəzləri ilə əlaqəli şəkildə təşkil olunacağını nəzərə alsaq, nəticədə şəhərin sərnişindaşıma dinamikası və mobillik planı əsaslı şəkildə sürətlənəcək.

Son xəbərlər

Xəbər
Bu gün, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Xəbər
Bu gün, 15:01

Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandı

Xəbər
Bu gün, 13:39

Azyaşlı məhkəmədə ifadə verdi - "atam qısqandığına görə anamı öldürüb"

Xəbər
Bu gün, 13:10

Sabah 23 dərəcə isti olacaq

Xəbər
Bu gün, 12:19

Bakı Metropoliteni tunellərdə işlərin gedişatını AÇIQLADI - 70 metri qazılıb

Xəbər
Bu gün, 11:06

Vergi yoxlamasının keçirilməməsinə görə rüşvət almaqda təqsirləndirilənlərin məhkəməsi başlayır

Xəbər
Bu gün, 10:55

25 gün meteor yağışı olacaq

Xəbər
Bu gün, 10:28

8 Noyabr prospektində nəqliyyatın hərəkəti iflic olub - Video

Xəbər
Bu gün, 09:30

FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib

Xəbər
Bu gün, 09:07

Bakının bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Bu gün, 08:58

Emin Sabitoğlunun doğum günüdür

Xəbər
Bu gün, 08:53

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Xəbər
Dünən, 22:06

2–8 noyabr tarixləri üçün həftəlik bürc proqnozları: Sizi nələr gözləyir?

Xəbər
Dünən, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Xəbər
Dünən, 12:16

Bakıda oğlanlar küçədə dalaşıb, məhkəmədə barışdılar

Xəbər
Dünən, 11:00

Bakıda kişi iş yoldaşını əvəz etmək istəmədi - DAVA DÜŞDÜ

Aktual Xəbərlər
31 oktyabr 2026, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
31 oktyabr 2026, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
31 oktyabr 2026, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
31 oktyabr 2026, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Xəbər
31 oktyabr 2026, 09:51

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Xəbər
31 oktyabr 2026, 09:45

Möhlət Müslümov: "İndiki müğənnilər inkubator cücələri kimi bir-birinə oxşayır"

Xəbər
31 oktyabr 2026, 09:32

"Söyüş söydü, mən də onu 4 dəfə bıçaqla vurdum" - Bakıda dostunu öldürənin MƏHKƏMƏSİ

Xəbər
31 oktyabr 2026, 09:06

Bu gün hava necə olacaq?

Oxşar xəbərlər