28 may metrosının qarşısında yeni salınan parkda qızmar işlər davam edir. Bu barədə Bakuplus.az Baki Gundeliyi-yə istinadən məlumat verir.
Burada çalışan işçilərin sözlərinə görə, təmir işləri oktyabr ayında başa çatacaq.
Mühüm dəyişikliklərdən biri də ADNSU-nun (3-cü fotoda, sağda) divarları boyunca çəkilən və səkini daraldan məhəccərlərin ləğv edilməsidir. Artıq piyadalar səkidə rahat hərəkət edəcəklər.
Ərazidə indiyə kimi xaotik vəziyyət yaradan səyyar satış nöqtələrinə gəlincə, satıcılardan kimi onlarla bağlı nə qərar veriləcəyindən xəbərsiz olduğunu, kimi də yeni iş axtaracağını deyir.
Həmçinin səkinin bəzi hissəsində pilləkən var idi, piyadalara problem yaradırdı, o da ləğv edilib. İndi səki tamamilə eyni səviyyədə olub.
