TikTok-da dələduzluq edən şəxsə hökm oxunub. Bu haqda bu gün, 28 may tarixində Bakuplus.az Qaynarinfo-ya istinadən xəbər verir.
Bakı şəhərində anadan olmuş 29 yaşlı Kənan Bədirli faizə pul vermək və ya qızıl satmaq adı ilə vətəndaşları aldadaraq, kart məlumatlarını əldə edib və pullarını ələ keçirib.
Kənan TikTok-da 5000 manat faiz ödəməklə 50.000 manat məbləğində pulu 10 il müddətinə kredit verdiyini elan edib və bu yolla ümumilidkə 8403 AZN pulu mənimsəyib.
Bundan əlavə, TikTok sosial şəbəkəsində "ucuz qiymətə qızılların satışı" səhifəsi yaradaraq bu yolla müxtəlif insanları aldadıb, 8800 AZN-dən çox pulu mənimsəyib.
Məhkəmənin qərarı ilə Kənan Bədirli 3 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.