Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu minaya düşüb. Bu haqda bu gün, 25 sentyabr tarixində Bakuplus.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.
24 sentyabr saat 17:35 radələrində Azərbaycan Ordusuna məxsus “KamAZ” markalı hərbi nəqliyyat vasitəsi minaya düşüb. Nəticədə Əkrəm Şadmanov və Tural Seyidov ölüblər, Elvin Əliyev isə müxtəlif bədən xəsarətləri alıb.
“Yaralı hərbçimizə ilkin tibbi yardım göstərildikdən sonra o, dərhal yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilib. Vəziyyəti stabildir, həyatı üçün heç bir təhlükə yoxdur”, - deyə nazirlikdən bildirilib.