Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 5 şəhərlərarası avtobus marşrutunu müsabiqəyə çıxarıb. Bu haqda bu gün, 8 aprel tarixində Bakuplus.az agentliyin mətbuat xidmətinə istinadən məlumat verir.
Sərnişinlərə keyfiyyətli xidmət göstərə bilmədiyi üçün Bakı-Xudat-Bakı, Bakı-Xaçmaz-Bakı, Bakı-Nabran-Bakı, Bakı-Quba-Bakı, Bakı-Şabran-Bakı marşrut xətləri auskiona çıxarılıb.
Müsabiqədə iştirak etmək istəyənlər tələb olunan sənədləri aprelin 27-si saat 17:00-dək, ixtisas məlumatlarını isə mayın 18-i saat 17:00-dək Bakı Nəqliyyat Agentliyinə təqdim edə bilərlər.