Sertifikasiyadan keçməyən bəzi müəllimlərin müqavilələri uzadılmayacaq. Bu haqda bu gün, 6 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
60 yaş üzərində olan müəllimlər sertifikasiya imtahanından keçməsələr, müraciətlərinə baxılmayacaq. Bununla bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov danışıb.
“Bəzi hallarda 60 yaş üzəri təcrübəli və peşəkar müəllimlər əmək müqavilələrinin uzadılması ilə bağlı müraciət edirlər. Həmin şəxslərin tədris prosesində iştirakı üçün sertifikasiya imtahanında iştirakı arzuolunandır. Çünki həmin şəxslərin müraciətinə baxılanda onların biliyinin qiymətləndirilməsi nəticəsi əsas götürülür”, – deyə o qeyd edib.
21-24 iyun tarixlərində keçiriləcək sertifikasiya imtahanında 600 nəfərə yaxın belə müəllim könüllü şəkildə iştirak üçün qeydiyyatdan keçib.