İyul ayında Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı müraciət edənlərin sayı açıqlanıb. Bu haqda bu gün, 4 avqust tarixində Bakuplus.az məlumat verir.
KTM-ə zəhərlənmə ilə bağlı 658 nəfər müraciət edib. Verilən məlumata görə, Toksikologiya şöbəsinə 139 nəfər qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıblar.
Xəstəxanaya yerləşdirilən 75 nəfər dərmandan, 26-sı sirkə turşusundan, 10-u etanoldan, 1-i dəm qazından zəhərlənib. Digərlərindən 6-sı allergiya, 1-i isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin onlardan 17-sini ilan, 3-nü isə həşərat sancıb.
Zəhərlənən şəxslərdən 6-sı dünyasını dəyişib. Onlardan 5-i kişi, 1-i qadın olub. Ölüm hallarının 3-ü sirkə turşusundan, 3-ü isə dərman zəhərlənməsindən baş verib.