top
67 yaşlı kişi pensiyasından narazıdır - Səhv hesablanıbmış
Foto
10 aprel 2026, 09:28
- ↺ +

67 yaşlı kişi pensiyasından narazıdır - Səhv hesablanıbmış

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı şəhər sakini, 67 yaşlı Eynulla Bəbirovun güzəştli şərtlərlə yaşa görə aldığı əmək pensiyası dayandırılıb. 

Bu barədə qafqazinfo.az-a onun qohumu Azad Məmmədov məlumat verib. 

O bildirib ki, Eynulla Bəbirov zərərli iş şəraitində işlədiyinə görə 2016-cı ildən, yəni 57 yaşı olarkən pensiyaya çıxıb: "2020-ci ilin noyabr ayınadək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alıb. Lakin 2020-ci ilin noyabr ayında onun pensiya ödənişi dayandırılıb. Həmin vaxt o, 1445 manat pensiya alırdı. Dedilər ki, "bu yaşda sənə pensiya düşmür". 2025-in may ayında 65 yaşı tamam oldu. Bundan sonra o yaşa görə pensiya almağa başladı və bu, 1175 manatdır. Bundan da 172 manat geri tutulma var. 

Məhkəməyə müraciət edib və bütün məhkəmə instansiyaları tərəfindən onun xeyrinə qərarlar qəbul edilib. Son olaraq Ali Məhkəmə tərəfindən 11.09.2024-cü il tarixində çıxarılmış qərarla iddia təmin edilib. Buna baxmayaraq, Ali Məhkəmənin qeyd olunan qərarının icrası indiyədək təmin olunmayıb və pensiya ödənişlərinin bərpası həyata keçirilməyib. İndi özü də xəstədir. Bu məsələlərdən sonra sinir xəstəliyi tapdı". 

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu ünvanlanıb. Qurumdan müraciətə belə cavab verildi: "ƏƏSMN tərəfindən aparılan araşdırma zamanı Eynulla Cəlal oğlu Bəbirova qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı 25.05.2009-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildiyi aşkarlanaraq pensiya ödənişi 01.11.2020-ci il tarixindən dayandırılıb. 

Həmçinin ona əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri ehtimalı olduğu nəzərə alınaraq məsələyə hüquqi qiymət verilməsi üçün materiallar Baş Prokurorluğa göndərilib. 

Daha sonra E.Bəbirovun 50 yaşının deyil, 57 yaşının tamamlandığı 25.05.2016-cı il tarixindən hesablanmaqla qanunauyğun qaydada güzəştli şərtlərlə pensiya hüququnun olduğu müəyyən edilib. Bununla əlaqədar olaraq, onun pensiya ödənişi 2024-cü ilin fevral ayında bərpa olunub.

Aparılmış yenidən hesablamalar nəzərə alınmaqla, hazırda E.Bəbirovun əmək pensiyası 1295,34 manat, qalıq artıq ödəməsi 85.662,11 manat təşkil edir.

Qanunvericiliyə zidd hallar üzrə aparılan araşdırmalar yekunlaşdırıldıqdan sonra E.Bəbirovun müraciətində qeyd etdiyi məhkəmə qərarı nəzərə alınmaqla, pensiyasının yenidən hesablanması məsələsinə baxılacaq". 

 

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
Bu gün, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
Bu gün, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
Bu gün, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
Bu gün, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Xəbər
Bu gün, 15:01

Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandı

Xəbər
Bu gün, 13:39

Azyaşlı məhkəmədə ifadə verdi - "atam qısqandığına görə anamı öldürüb"

Xəbər
Bu gün, 13:10

Sabah 23 dərəcə isti olacaq

Xəbər
Bu gün, 12:19

Bakı Metropoliteni tunellərdə işlərin gedişatını AÇIQLADI - 70 metri qazılıb

Xəbər
Bu gün, 11:06

Vergi yoxlamasının keçirilməməsinə görə rüşvət almaqda təqsirləndirilənlərin məhkəməsi başlayır

Xəbər
Bu gün, 10:55

25 gün meteor yağışı olacaq

Xəbər
Bu gün, 10:28

8 Noyabr prospektində nəqliyyatın hərəkəti iflic olub - Video

Xəbər
Bu gün, 09:30

FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib

Xəbər
Bu gün, 09:07

Bakının bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Bu gün, 08:58

Emin Sabitoğlunun doğum günüdür

Xəbər
Bu gün, 08:53

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Xəbər
Dünən, 22:06

2–8 noyabr tarixləri üçün həftəlik bürc proqnozları: Sizi nələr gözləyir?

Xəbər
Dünən, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Xəbər
Dünən, 12:16

Bakıda oğlanlar küçədə dalaşıb, məhkəmədə barışdılar

Xəbər
Dünən, 11:00

Bakıda kişi iş yoldaşını əvəz etmək istəmədi - DAVA DÜŞDÜ

Aktual Xəbərlər
31 oktyabr 2026, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
31 oktyabr 2026, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
31 oktyabr 2026, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
31 oktyabr 2026, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Oxşar xəbərlər