top
7 körpənin ölümü ilə bağlı məhkəmədə yeni detallar üzə çıxdı
13 aprel 2025, 23:53
- ↺ +

7 körpənin ölümü ilə bağlı məhkəmədə yeni detallar üzə çıxdı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Apa.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə zərərçəkənlər ifadə verib.

İş üzrə zərərçəkən qisimdə tanınan Gülbahar Zülfüqarova məhkəmədə bildirib ki, o, mərkəzin Təcili və təxirəsalınmaz Tibbi yardım şöbəsində çalışır:

“Mən orada “mamaça” vəzifəsində çalışıram. Həmin gün növbədə idim. Bizim şöbə birinci mərtəbədədir. Hadisə dördüncü mərtəbədə baş verib. Mən ora cavabdeh deyiləm. Kimsə dedi ki, 4-cü mərtəbədə yanğın baş verib. Qalxdıq. Soruşdum ki, kiməsə demisiniz? Təkcə, polisə məlumat verdiklərini dedilər. Mən tez aidiyyəti orqanlara və Mehriban xanıma məlumat verdim. Daha sonra yenə ora qayıtdım. Qara tüstü ətrafı bürüdü.

Yuxarıda yeriyə bilməyən xəstələr, küveyzdə saxlanılan uşaqlar var idi. Onlar həkim nəzarətində olduğundan mənim onları götürməyə və ya yerini dəyişməyə səlahiyyətim yox idi”.

Daha sonra Vaqif Hacıyev ifadə verib.

O, bildirib ki, mərkəzdə mühafizəçi olaraq çalışır:

“Mən mərkəzin daxili mühafizəçisiyəm. Mənimlə yanaşı, DİN-in mühafizə xidmətindən də bir şəxs var. Adətən, mərkəzdə xəstə olarkən biz yeməyə gec gedirik. Həmin gün də yeməyə gec getdim. Resepşında çalışan qız mənə zəng etdi. Danışıqdan heç nə anlamadım. Elə bildim dava olub. Resepşına qaçdım. Gördüm heç kim yoxdur. Bilmədim kim idi, amma 4-cü mərtəbədə yanğın olduğunu eşitdim. Balon götürüb 4-cü mərtəbəyə qaçdım. Hamı ora yığışmışdı. Balonla söndürməyə çalışdıq. Ətraf qara tüstü idi. Rəhbərlik ora yanğınsöndürənlərdən öncə gəlmişdi. Yanğının söndürülməsi üçün işlər görürdü. Biz küveyzlərin təhlükəsiz yerə aparılması üçün köməklik etdik”.

İfadə verən hər iki şəxs iş üzrə özlərinin zərərçəkən qisimdə tanınmasını istəməyib.

Bir neçə zərərçəkən şəxs məhkəmədə iştirak etməyib.

Məhkəmə onlar barəsində məcburi gətirməsi haqqında qərar qəbul edib.

Proses aprelin 28-də davam etdiriləcək.

Son xəbərlər

Xəbər
Bu gün, 10:28

8 Noyabr prospektində nəqliyyatın hərəkəti iflic olub - Video

Xəbər
Bu gün, 09:30

FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib

Xəbər
Bu gün, 09:07

Bakının bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Bu gün, 08:58

Emin Sabitoğlunun doğum günüdür

Xəbər
Bu gün, 08:53

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Xəbər
Dünən, 22:06

2–8 noyabr tarixləri üçün həftəlik bürc proqnozları: Sizi nələr gözləyir?

Xəbər
Dünən, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Xəbər
Dünən, 12:16

Bakıda oğlanlar küçədə dalaşıb, məhkəmədə barışdılar

Xəbər
Dünən, 11:00

Bakıda kişi iş yoldaşını əvəz etmək istəmədi - DAVA DÜŞDÜ

Aktual Xəbərlər
31 oktyabr 2026, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
31 oktyabr 2026, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
31 oktyabr 2026, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
31 oktyabr 2026, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Xəbər
31 oktyabr 2026, 09:51

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Xəbər
31 oktyabr 2026, 09:45

Möhlət Müslümov: "İndiki müğənnilər inkubator cücələri kimi bir-birinə oxşayır"

Xəbər
31 oktyabr 2026, 09:32

"Söyüş söydü, mən də onu 4 dəfə bıçaqla vurdum" - Bakıda dostunu öldürənin MƏHKƏMƏSİ

Xəbər
31 oktyabr 2026, 09:06

Bu gün hava necə olacaq?

Xəbər
30 oktyabr 2026, 17:54

Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik qatar reyslərinin sayı 4-ə çatdırılır - VİDEO

Xəbər
30 oktyabr 2026, 17:49

FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilir

Xəbər
30 oktyabr 2026, 17:31

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

Siyasət
30 oktyabr 2026, 16:45

İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİYAHI

Xəbər
30 oktyabr 2026, 16:43

Telefonda yüksək səslə danışdı, ona baxan şəxsi döydü

Xəbər
30 oktyabr 2026, 16:28

Bakıda noyabr ayında hava necə olacaq? – PROQNOZ

Aktual Xəbərlər
30 oktyabr 2026, 15:46

"İnci" uşaq bağçasında azyaşlı uşağın döyüldüyü iddia olunur

Oxşar xəbərlər