Bakının əsas prospektlərinin birində hərəkət məhdudlaşdırılır. Bu haqda bu gün, 2 avqust tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
8 Noyabr prospektində, Zığ dairəsindən Sadıqcan küçəsi ilə kəsişməyədək aparılacaq təmir işləri ilə əlaqədar 3 avqust saat 06:00-dan etibarən avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Sürücülərdən vəziyyəti nəzərə almaları xahiş olunur.