8 Noyabr prospektində təmir işləri aparılır. Bu haqda bu gün, 8 may tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.
Prospektlə Süleyman Əhmədov küçəsinin kəsişməsində, ”Xəzər” TV-nin yaxınlığında mərkəz istiqamətində təmir-bərpa işləri aparılır. Bununla bağlı avtomobillərin hərəkətinə qismən məhdudiyyət qoyulub.
Sürücülərdən diqqətli olmaları xahiş olunur.