Bakı Ekspo Mərkəzində keçirilən 9-cu Bakı Beynəlxalq Kitab Sərgisinin proqramı məlum olub. Bu haqda bu gün, 10 noyabr tarixində Bakuplus.az xəbər verir.
Tədbirin proqramını linkdən öyrənmək mümkündür.
Sərgiyə gələnlərin “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” metro stansiyalarından mərkəzə gediş-gəlişi üçün xüsusi ödənişsiz avtobuslar ayrılacaq.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan sərgi saat 10:00-dan 20:00-dək keçiriləcək. Tədbirə giriş sərbəstdir.