9-cu sinif şagirdlərinin imtahan nəticələri açıqlanıb. Bu haqda bu gün, 17 may tarixində Bakuplus.az Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən xəbər verir.
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 21-də keçirilən buraxılış imtahanlarının nəticələri bəlli olub.
Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı) mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
46.169 nəfərdən 469 nəfər imtahana gəlməyib. İmtahanda iştirak edənlər arasında 16 nəfər (siyahı) maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.