Ağadadaş Ağayevlə bağlı hadisə zamanı balta yarası almış qadının səhhəti ilə bağlı məlumat yayılıb. Bu haqda bu gün, 24 iyul tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən məlumat verir.
Ağayevin atdığı baltadan klinikada xadimə işləyən Nəzakət Paşayeva ayağından xəsarət alıb. Paşayevanın səhhətinin son durumu ilə bağlı klinikanın hüquqşünası Xeyransa Babayeva bildirib ki, Paşayeva evdə müalicə alır: “Həkimlərin dediyinə görə, ayağından zədə aldığı üçün onun səhhəti normallaşmalıdır, yeriməkdə çətinlik çəkir”.
Vəkil Nəzakət Paşayevanın təzminatla bağlı müraciətinin mümkünlüyünə aydınlıq gətirib: “Bu mövzu rəhbərlik səviyyəsində müzakirə olunmalıdır”.