Ağadadaş Ağayevin son durumu açıqlanıb. Bu haqda bu gün, 27 iyul tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Xalq artistinin səhhəti ilə bağlı onun vəkili Asim Abbasov danışıb.
"Ağadadaş Ağayevin səhhəti yaxşı deyildi, bir neçə gün idi ki, sənətçi həkim nəzarəti altında idi. Əgər səhhəti əl versə, qısa zaman ərzində Ağadadaş müəllim həm mətbuata, həm cəmiyyətə açıqlama verəcək. Hələ ki istintaq davam etdiyi üçün məsələ barəsində açıqlama verə bilmirik", - deyə A.Abbasov qeyd edib.