Məcburi köçkünlər paytaxtdan Ağalıya yola salınıblar. Bu haqda bu gün, 26 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Verilən məlumata əsasən, Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 17 ailə – 95 nəfər Zəngilanın Ağalı kəndində yaşamağa başlayacaq. Onlar ermənilərin işğal dövründə tamamilə dağıtıqları 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin sakinləridir.
Evlərin bölgüsü, məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsi püşkatma prinsipi ilə aparılıb. Bununla da indiyədək Ağalı kəndində daimi məskunlaşanların sayı 150 ailəyə – 744 nəfərə çatıb.