Ötən gün saat 23:50 radələrində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Bu haqda bu gün, 19 sentyabr tarixində Bakuplus.az Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətinə istinadən məlumat verir.
Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutublar.
Azərbaycan bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.