Aşıq Ələsgərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində ucaldılacaq abidəsinin hazırlanması ilə bağlı cari ildə Protokol imzalanıb. Bu haqda bu gün, 31 mart tarixində APA məlumat verib.
“Sənəd imzalandıqdan sonra texniki tapşırıq hazırlanmağa başlanıb. Heykəlin hazırlanması və prosesin yaradıcı əməklə bağlı olduğunu nəzərə alaraq layihənin nə vaxt tamamlanacağı barədə konkret məlumat texniki tapşırıq formalaşdırıldıqdan sonra ictimaiyyətə açıqlanacaq”, - Mədəniyyət Nazirliyindən bildirilib.
Fevral ayında abidə ilə bağlı müsabiqə yekunlaşıb. Nəticəyə əsasən, 1-ci yerin qalibi Natiq Əliyev, 2-ci yerin qalibi Xanlar Əhmədov, 3-cü yerin qalibi isə Kamran Əsədov seçiliblər.