Ağstafa-Bakı qatarının hərəkət qrafikində dəyişiklik edilib.
Bakuplus.az Azərbaycan Dəmir Yollarına istinadən xəbər verir ki, 16 sentyabr tarixindən qatar Ağstafadan Bakıya saat 16:40-da (əvvəl 18:20-də) yola düşəcək və saat 21:47-də (əvvəl 23:27-də) paytaxta çatacaq.
Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, www.ady.az saytından, “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə etmək mümkündür.