Gecə saatlarında Bakıya çatmalı Ağstafadan yola düşmüş qatarda texniki problem yaranıb. Bu haqda bu gün, 27 iyun tarixində Bakuplus.az BizimMedia-ya istinadən məlumat verir.
23:27-də Bakıya çatmalı olan 731 saylı Ağstafa-Bakı sürət qatarı gecikib. Bu səbəbdən qatardakı sərnişinləri mənzil başına çatdırmaq üçün Bakıdan 3 istiqamətdə - 20 Yanvar, Lökbatan ve Zığ dairəsinə avtobus reysləri təşkil olunub.