Məhərrəm ayı və Aşura günü ilə əlaqədar ölkədə qanvermə aksiyası keçiriləcək. Bu haqda bu gün, 13 iyul tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Bakıdakı aksiyada iştirak etmək istəyənlər aksiyaların keçiriləcəyi ünvanlara müraciət edə bilərlər:
- Xəzər rayonu, Mirmövsüm Ağa Ziyarətgahı;
- Nəsimi rayonu, Göy məscidin (Əjdərbəy) mərasim zalı;
- Nizami rayonu, Şah Abbas məscidi;
- Səbail rayonu, Bibiheybət məscidi ziyarətgahı;
- Suraxanı rayonu, Qaraçuxur məscidi;
- Yasamal rayonu, Təzəpir məscidi;
- Yasamal rayonu, Hacı Soltanəli məscidi;
- Binəqədi rayonu İmam Əli məscidi.
Qafqaz Müsəlmanları İdarəsinə istinadən, bu il Aşura günü iyulun 28-nə təsadüf edir.