Məhərrəm ayının Aşura günündə ənənəvi qanvermə aksiyaları keçiriləcək. Bu haqda bu gün, 12 iyul tarixində Bakuplus.az Qafqaz Müsəlmanları İdarəsinə istinadən məlumat verir.
Bakıdakı askiyaların keçiriləcəyi ünvanlar:
- Yasamal rayonu, "Təzə Pir" məscidi;
- Nəsimi rayonu, "Əjdərbəy" məscidi;
- Səbail rayonu, "Bibiheybət" Məscid-Ziyaratgahı;
- Xəzər rayonu, "Mir Mövsüm Ağa" Ziyarətgah Kompleksi;
- Nizami rayonu, "Sahib-Əz-Zaman" məscidi;
- Nizami rayonu, Keşlə qəsəbəsi, "Şah Abbas" məscidi;
- Suraxanı rayonu, "Qaraçuxur" məscidi;
- Binəqədi rayonu "İmam Əli" məscidi.
Bu il
Aşura günü iyulun 16-na təsadüf edir.