Abşeron rayonu, Masazır qəsəbəsində partlayıcı əşya aşkarlanıb. Bu haqda bugün, 5 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Keçirilən tədbirlər zamanı ərazidə istifadəyə yararlı 152 mm-lik mərminin olduğu məlum olub. Əraziyə giriş məhdudlaşdırılıb, hadisə yerinə pirotexniklər cəlb olunub.
Mərmi zərərsizləşdiriləndən sonra sahəyə baxış keçirilib.