Aprel ayından başlayaraq hər həftənin şənbə və bazar günləri “Koroğlu” metrosundan Abşeron Milli Parkına müntəzəm avtobus marşrutu işləyəcək. Bu haqda bu gün, 30 mart tarixində parkın mətbuat xidməti məlumat verib.
22 nəfərlik avtobus səhər saat 10:30-da “Koroğlu” metro stansiyasından yola düşəcək, saat 16:30-da Abşeron Milli Parkından geri qayıdacaq.
Daşınma xidməti "Zirə Bələdiyyəsi Nəqliyyat Xidməti" MMC tərəfindən həyata keçiriləcək.
Xidmət haqqı 15 manatdır. Qiymətə avtobusla gediş-gəliş və parka bilet daxildir.
Daha ətraflı məlumat üçün: 0708286434 (tel/wp).