top
Abşeron rayonu seçki dairəsi üzrə deputatlığa namizədlər kimlərdir?
02 sentyabr 2024, 02:01
- ↺ +

Abşeron rayonu seçki dairəsi üzrə deputatlığa namizədlər kimlərdir?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərinin ilkin nəticələrini ictimaiyyətə təqdim edib. 125 seçki dairəsi üzrə lider namizədlərin adları açıqlanıb.

Bakuplus nəticələrə əsasən, Abşeron rayonu seçki dairəsi üzrə 3 namizəd haqqında məlumat təqdim edir.

Nigar Məmmədova 

Nigar Məmmədova Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində bakalavr və magistr təhsili alıb. O, həmçinin London Universitetinin “Qlobal Diplomatiya – Müasir Dünya Diplomatiyası”, Miçiqan Universitetinin “Uğurlu danışıqlar: Əsas strategiyalar və bacarıqlar” proqramlarını bitirmişdir.

Əmək fəaliyyətinə 2001-ci ildə Vergilər Nazirliyində başlayan N. Məmmədova həmin Nazirliyin Beynəlxalq vergi münasibətləri idarəsində, 2003-2014-cü illərdə Protokol şöbəsinin rəisi vəzifəsində çalışıb, vergi xidməti müşaviri rütbəsinə yüksəlib.

2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protokol sektorunun müdiri təyin olunub. 2022-ci ilin may ayından DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktor müavini vəzifəsinə, 2023-cü ilin 1 sentyabr tarixindən etibarən isə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru vəzifəsinə təyin edilib.

Rus, ingilis və fransız dillərini bilir.

Rizvan Nəbiyev

R.Nəbiyev 1975-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Qanlı kəndində anadan olub. BDU-da Beynəlxalq münasibətlər üzrə mütəxəssis bakalavr (1997) və Almaniyanın Saarbrüken Universitetində Avropa hüququ üzrə magistr təhsili – LL.M. (1999) alıb. Berlin Azad Universitetində Siyasi elmlər doktoru (Dr.rer.pol) elmi dərəcəsinə yiyələnib (2003). Müstəqilliyimiz tarixində Almaniyada humanitar elmlər sahəsində müdafiə edən ilk azərbaycanlı alim olub. Xəzər hövzəsində enerji siyasəti və geosiyasi maraqlar mövsuzunda kitabı alman dilində nəşr edilib (Berlin, 2004). Dünyanın 100 ən yaxşı universiteti sırasında olan Berlin Azad Universitetində dərs deyib.

Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına dair alman və ingilis dillərində 15 kitabın yazılması və nəşrini təmin edib. Alman və ingilis dillərində nəşr olunmuş “Şuşanın irsi” elmi monoqrafiyasının həmmüəllifidir (Berlin, 2022-2023).

R.Nəbiyev 20 ildən artıqdır diplomatik fəaliyyətdədir, Azərbaycanın Almaniyadakı Səfirliyində və Xarici İşlər Nazirliyində müxtəlif məsul vəzifələrdə çalışıb. 2022-ci ildən Xarici İşlər Nazirliyində İdarə rəisidir. 80-dən artıq dövlətlə beynəlxalq müqavilələrin və digər sənədlərin razılaşdırılması və imzalanmasına töhfə verib. Ölkəmizin təqdimatına həsr edilmiş “2008 - Almaniyada Azərbaycan İli”nin Səfirlik üzrə Əlaqələndiricisi olub. Səmərəli fəaliyyəti ilə əlaqədar olaraq “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib və bir sıra digər təltiflərə layiq görülüb.

Ailəlidir, iki övladı var.

Ramid Namazov 

Ramid Namazov 2005-ci ildən çalışdığı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müşaviridir. Xarici siyasət məsələləri ilə bağlı brifinqlər və analitik hesabatlar hazırlayır, habelə Xarici İşlər Nazirliyinin rəsmiləri üçün beynəlxalq əlaqələrə dair çıxışlar hazırlayır. Prezident Administrasiyası. Cənab Namazov Cons Hopkins Universitetinin Qabaqcıl Beynəlxalq Araşdırmalar Məktəbində (SAIS) magistr dərəcəsi (2013) və Prezident yanında Dövlət İdarəçilik Akademiyasında (2009) dövlət idarəçiliyi üzrə magistr dərəcəsinə malikdir. O, həmçinin Bakı Dövlət Universitetində Biznes və Mülki Hüquq üzrə magistr (2006) və Hüquq üzrə bakalavr (2003) dərəcəsinə malikdir. Bundan əlavə, cənab Namazov Corc Marşall Təhlükəsizlik Araşdırmaları Mərkəzinin Azərbaycan Müdafiə Nazirliyi, Azərbaycan Diplomatik Akademiyası və Çin, Misir və digər ölkələrin Xarici İşlər Nazirlikləri ilə birgə təşkil etdiyi xüsusi kurslarda iştirak edib.

Son xəbərlər

Xəbər
Bu gün, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
Bu gün, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Oxşar xəbərlər